19 
Sen
2020
10:46
220
23
5384
Virtual karabakh

Ürəklərdə yaşayan Əhmədiyyə Cəbrayılov və ya “Xarqo”

19 Sen, 2020
10:46
5384

Ürəklərdə yaşayan Əhmədiyyə Cəbrayılov və ya “Xarqo”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Gənclər və İdman Nazirliyi, müvafiq sərəncamı rəhbər tutaraq, gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, xalqımızın hərb və döyüş tarixinin gənclərə əyani olaraq çatdırılması məqsədilə, açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında “Xarqo” adlı qısa metrajlı film hazırlayıb. 

Filmdə 15 gənc və tanınmış kino aktyorlar iştirak ediblər. Altı gün davam edən çəkilişlər Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndində və Bakı şəhərinin müxtəlif məkanlarında aparılıb. 

Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub. Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları Əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayılov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri