19 
Sen
2020
12:22
132
39
2026
Virtual karabakh

Əmisinin evində narkotik yetişdirən şəxs saxlanıldı

19 Sen, 2020
12:22
2026

Əmisinin evində narkotik yetişdirən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, sentyabr ayının 16-da  Samux  RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Taryel Bayramov əmisinə məxsus rayonun Nəbiağalı kəndində yerləşən fərdi yaşayış evində narkotik xassəli çətənə - kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Polis əməkdaşları tərəfindən həyətyanı sahədən 14 ədəd ümumi çəkisi 95 kiloqram 900 qram olan narkotik xassəli çətənə kolu və 1 kiloqram 250 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri