19 
Sen
2020
12:43
180
42
4048
Virtual karabakh

Könül Muxtarova “Lider”dən getdi

19 Sen, 2020
12:43
4048

Könül Muxtarova “Lider”dən getdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Könül Muxtarova “Lider” telekanalı ilə yollarını ayırıb.

Axşam.az-ın məlumatına görə, o, ötən gün ərizəsini yazaraq işdən çıxıb.

Buna səbəb isə telekanalın yeni mövsümdə heç bir layihəsinin olmamasıdır. Belə ki, “Lider TV” yalnız prodakşın verilişləri yayımlamağa başlayıb.

Xəbəri təsdiqləyən Könül bildirib ki, kanalda heç bir veriliş yoxdur:

“Oranın rəsmi işçisiyəm, prodakşınla çalışmağı düşünmürdüm. Kanalda iş getmir. Oranın ştatda olan işçilərinə heç bir layihə verilmir. Verilişin olmayacağını işçiyə ən gec iyun-iyulda demək lazım idi. Sentyabrda işçiyə deyirlər ki, kanalda layihə yoxdur”.

Bir neçə gün əvvəl sosial şəbəkədə yazdığı “Günlərdir yazmaq və demək istədiklərim boğazımda düyünlənib. Həyata davam etsəm də, əslində böyük boşluğun içindəyəm. İlk dəfədir möcüzə üçün bu qədər dua edirəm. Bilirəm yaşadığım heç nə boşuna deyildi və üzüm yenidən güləcək” sözləri ilə gündəmə gələn aparıcı ona da aydınlıq gətirib:

“Elə zəmanəyə gəlmişik ki, gündəlik əhvalımızı istər-istəməz sosial şəbəkədə hiss etdiririk. Bir neçə gün əvvəl gərgin və qorxulu günlər keçirdim, həmin sözləri də ona görə yazdım. İndi hər şey geridə qaldı. Verdiyim qərarlar özümlə bağlıdır. Əminəm ki, bu qərarım digər mövsümlərdəkindən fərqlənəcək. Çünki burada söhbət tək telekanaldakı fəaliyyətimdən yox, özümdən də gedir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri