19 
Sen
2020
12:32
157
35
2879
Virtual karabakh

FHN-in sürücüsünü yumruqlayan şəxs həbs edildi

19 Sen, 2020
12:32
2879

FHN-in sürücüsünü yumruqlayan şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il iyulun 12-də Masallı rayonu ərazisində xidməti vəzifələrini icra edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü Famil Seyfullayevə qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Rayon prokurorluğundan verilən məlumata görə, istintaqla ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə rayon sakini Vaqif İsmayılovun karantin rejimi qaydalarına əməl etməyərək maskasız rayon ərazisində hərəkət etməsinə öz iradını bildirən Masallı rayonunda mövcud karantin rejiminin tələblərinə nəzarət edilməsi məqsədilə xidmətdə olan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü vəzifəsində işləyən Famil Seyfullayevə zor tətbiq etməklə müqavimət göstərib, yumruqla sonuncunun üz nahiyəsinə bir neçə zərbə vurmasına əsaslı şübhələr müəyyən edilib.

Vaqif İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri