19 
Sen
2020
15:41
38
200
10536
Virtual karabakh

Övladı məktəbdə təhsil alan valideynlərin nəzərinə: İltizam imzalayacaqlar - FOTO

19 Sen, 2020
15:41
10536

Övladı məktəbdə təhsil alan valideynlərin nəzərinə: İltizam imzalayacaqlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda valideynlər pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyət bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacaq.

“Report” xəbər verir ki, özündə və ya yaxınlarında xəstəlik simptomları olan təhsilalanların müəyyən olunmuş dövr ərzində məktəbdə keçirilən əyani dərslərə gəlməməsi barədə bütün təhsilalanların valideynləri (qanuni nümayəndələri) ilə iltizam forması imzalanır.

Həmçinin valideyn pandemiya dövründə övladının ümumtəhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda, onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri