19 
Sen
2020
19:21
39
124
5921
Virtual karabakh

ETSN-dən ölkədəki faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA

Azərbaycanda bugünkü faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 18:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Tərtər, Xaçmazda 20 m/s, Göyçay, Bərdədə 18 m/s, Mingəçevirdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında da hava küləkli olub. Bakıda 23 m/s, Qum adası, Ələtdə 20 m/s, Neft Daşlarında 19 m/s, Binədə 17 m/s, Pirallahıda 15 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri