20 
Sen
2020
11:56
42
498
6561
Virtual karabakh

ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi

20 Sen, 2020
11:56
6561

ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) vəfat edib.

“Report”un ABŞ bürosunun məlumatına görə, bunlar Rusiya vətəndaşları, əslən Azərbaycanın Quba rayonundan olan 1960-cı il təvəllüdlü Rəsulova Ruqiyyə Ramiz qızı və onun qızı Canıyeva Ruslana Tofiq qızıdır.

R.Rəsulova 10 gün əvvəl COVID-19 diaqnozu ilə klinikaya yerləşdirilib və ötən gün vəfat edib. R.Canıyeva isə iki gün əvvəl özünü pis hiss edib. Onun koronavirus testinin nəticəsi müsbət olub. R.Canıyeva bu gün vəfat edib.

Hər iki azərbaycanlı xüsusi karantin qaydaları ilə Hyustonda dəfn olunacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri