21 
Sen
2020
11:12
25
54
1608
Virtual karabakh

Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

21 Sen, 2020
11:12
1608

Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “CISCO” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov və biznesin inkişafı üzrə meneceri Fərid Zeynalovla görüşüb.

Ülvi Mehdiyev “CISCO” şirkəti ilə Dövlət Agentliyi arasındakı əməkdaşlığın uğurlu nəticələrini və gələcək perspektivlərini qeyd edib. Görüşdə mövcud əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.

Ülvi Mehdiyev COVID-19 pandemiyası dövründə Dövlət Agentliyinin fəaliyyətinə göstərdikləri xüsusi dəstəyə görə Ramil Eyyubov və Fərid Zeynalova təşəkkürnamələr təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “CISCO” şirkəti ilə “Azərbaycanın Rəqəmsallaşdırılmasının Sürətləndirilməsi üzrə CDA proqramı” (Country Digital Acceleration) çərçivəsində əməkdaşlıq edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri