21 
Sen
2020
11:39
247
25
3827
Virtual karabakh

Dörd yaşlı Mələyin sizin köməyinizə ehtiyacı var - FOTO

21 Sen, 2020
11:39
3827

Dörd yaşlı Mələyin sizin köməyinizə ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dörd yaşlı Mələk balanın sizin köməyinizə ehtiyacı var.

Mayın 28-i balaca Mələyə leykoz (qan xərçəngi) diaqnozu qoyulub. Artıq dörd aydır ailəsi balaca qızın sağlamlığına qovuşması üçün mübarizə aparır.

2016-cı il təvəllüdlü Həşimli Mələk Fədai qızı əvvəlcə Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alıb. Hazırda isə müalicəsini Türkiyənin İzmir şəhərində yerləşən “9 Eylül” xəstəxanasında davam etdirir.

Balaca Mələyin atası qızının sağlamlığına qovuşması üçün kömək istəyir:

“Mərhəmətli və imkanlı şəxslərdən bu məsələyə biganə yanaşmamasını xahiş edirəm. Bilirəm, bu dövrdə çox adamın maddi durumu yaxşı deyil. Amma hər kəsdən bir manat Mələk üçün çox böyük köməkdir. Öz gücümüzə 18 000 dollar tapıb övladımı Türkiyəyə gətirdim. İki ay ərzində kart hesabına 10 000 manata yaxın pul toplanıb. Allah hər kəsdən razı olsun. Amma hamıdan Mələyi bu çətin mübarizədə tək qoymamalarını rica edirəm. Azərbaycan xalqına çox güvənirəm”.

4 yaşlı Mələk balaya yardım etmək istəyənlər üçün ardıcıllıq:

1) Ödəmə terminallarında  “Bank xidmətləri” bölməsini seçib:

2) ”Kapital bank”-ı seçib

3) ”Bank hesabının artırılması” – “Karta mədaxil” bölməsini seçib

4) 4169 7413 8501 2800 nömrəsini daxil edib və təvəllüd bölməsinə 13.07.1983 yazaraq irəli düyməsini basın.

Həmçinin “Card to Card” (Kartdan-karta) vasitəsi ilə göndərə bilərsiniz.

Kart sahibi: Fədai Həşimov (FADAI HASHIMOV)

Mələyin atasının əlaqə nömrəsi: Türkiyə nömrəsi: +905378358610.  Azərbaycan nömrəsi (WhatsApp) :055 8464652

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri