21 
Sen
2020
12:20
173
19
1808
Virtual karabakh

Bakıda satıcıya qarşı soyğunçuluq edən şəxs tutuldu - FOTO/VİDEO

21 Sen, 2020
12:20
1808

Bakıda satıcıya qarşı soyğunçuluq edən şəxs tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən ərzaq mağazasında soyğunçuluq hadisəsi baş verib.

Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb.

Həmin obyektdə satıcı işləyən qadın polisə müraciət edib ki, naməlum şəxs mağazada soyuducunun üzərində olan ona məxsus 220 manat pulu götürərək qaçmaq istəyib.

Satıcı bunu gördükdə həmin şəxs onu itələyərək, oradan uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi pul vəsaitləri maddi sübut kimi aşkar olunub. 

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci  Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri