21 
Sen
2020
12:55
147
16
2805
Virtual karabakh

Yardımlı sakini narkotik və tapança ilə tutuldu

21 Sen, 2020
12:55
2805

Yardımlı sakini narkotik və tapança ilə tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş S.İbayev saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 51 qramdan artıq metamfetamin götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Aruz kəndi ərazisində gizlətdiyi “Ekol ES 66” markalı qaz tapançası və 139 ədəd patron da aşkar edilərək götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri