21 
Sen
2020
14:29
562
74
15825
Virtual karabakh

Azərbaycanda azyaşlının çılpaq şəkillərini yayan şəxs həbs edildi - YENİLƏNİB

21 Sen, 2020
14:29
15825

Azərbaycanda azyaşlının çılpaq şəkillərini yayan şəxs həbs edildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala Rayon Prokurorluğunda araşdırma aparılıb:

“Aparılmış araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Əyyar Əzizov müəyyən edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

12:57

Daxili İşlər Nazirliyi Neftçalada azyaşlı qızın çılpaq şəkillərinin yayılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” səhifəsində status paylaşıb:

“Paylaşımda deyilir ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür”.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov bildirib ki, Vəfa Nağının iddiaları yalandır və qərəzdən irəli gəlir:

“O ki qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci və 156.1-ci maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri