21 
Sen
2020
16:23
12
164
2730
Virtual karabakh

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən Gəncə sakininin iddialarına cavab

21 Sen, 2020
16:23
2730

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən Gəncə sakininin iddialarına cavab

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha əvvəl Gəncə sakinin atasına əlillik dərəcəsi ilə bağlı haqsızlıq edildiyi barədə məlumat vermişdik. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti məsələyə münasibət bildirib.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Məhəmmədi Əli Abdulla oğlu (65VLGLJ) 24.06.2020-ci ildə Gəncə 6 nömrəli şəhər Poliklinikasından əlilliyin vaxtından qabaq qiymətləndirilməsi üçün müraciət edib.

08.07.2020-08.07.2025 tarixlərində beş illik müddətdə (2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9) meyarına əsasən, şəxsə ikinci dərəcə əlillik təyin edilib.

Səhiyyə müəssisəsi tərəfindən tərtib edilən forma 88-də şəxsin ağırlaşması kimi spastik paraplegiya, aşağı ətrafların parapleqiyası göstərilsə də, keçirilmiş müayinələr ağırlaşmanı təsdiq etməyib. Vətəndaşın müraciətindən sonra Gəncə TSEK-nin nümayəndələri vətəndaşı yaşadığı ünvanda müayinə etdikdən sonra ona müvafiq kömək olunması barədə göstəriş verilib.

Nəzərinizə çatdıraq ki, əlilliyin qiymətləndirilməsi elektron qaydada vətəndaş-ekspert ünsiyyəti olmadan yalnız forma 88-də yazılan məlumatlara əsasən təyin edilir. Göndərişdə şəxsin əsas diaqnozunu, ağırlaşmalarını təsdiq edən instrumental, diaqnostik müayinələr dolğun əks etdirilməlidir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri