22 
Sen
2020
09:30
16
184
2697
Virtual karabakh

Bu mağazalarda zər atanların əksəriyyəti qalib gəlir - ƏN ŞANSLI “KONTAKT HOME” MAĞAZALARI

22 Sen, 2020
09:30
2697

Bu mağazalarda zər atanların əksəriyyəti qalib gəlir - ƏN ŞANSLI “KONTAKT HOME” MAĞAZALARI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq 1000-dən çox müştəri “Kontakt Home”un sevindirən “Şeş-Qoşa” kampaniyasından aldıqları məhsulları pulsuz aparıblar. “Kontakt Home” ən şanslı mağazaların siyahısını hazırlayıb. Məlum olub ki, ən çox Qəbələ sakinlərinin bəxti gətirib. Belə ki, ölkə üzrə “Şeş-Qoşa” kampaniyasında iştirak edənlərin ən çoxu məhz bu mağazada qalib gəlib.

“Qalib gələcəyimi hiss etmişdim. İnandım və şans üzümə güldü. Bu kampaniya üçün çox təşəkkür edirəm”.

Bəxtiyar Məmmədov / “Qəbələ” mağazası

Fələk “Kontakt Home”un “Azadlıq Metrosu” mağazasında da müştərilərin üzünə gülüb. Sevinənlərin sayına görə bu mağaza ikinci yerdədir. Maraqlıdır ki, burada “Şeş-Qoşa” kampaniyasında qalib gələn müştərilərin əksəriyyəti həyatlarında ilk dəfə zər atdıqlarını iddia ediblər. 

“İlk dəfə idi, zər atırdım. Qalib gəldiyimə hələ də inana bilmirəm. Çox həyəcanlıyam, deməyə söz tapa bilmirəm. Çox xoşbəxtəm”.

Sevinc İsayeva / “Azadlıq metrosu” mağazası

Sahəsi balaca olsa da, qəlbinə böyük müştəri sevinci sığdıran digər mağaza isə “Ayna Sultanova”dır. Alıcıların güvənini qazanmış bu mağaza ilk üçlüyün sonuncusudur. “Şeş-qoşa” kampaniyası müştərilərin sıradan günlərini əsl yaddaqalan bayrama çevirib. 

“Neçə vaxtdır özümə yeni telefon almağı düşünürdüm. Almışkən bəxtimi də sınadım, qazandım. Çox sevincliyəm. Çoxdandır planladığım telefonu aldım, həm də pulsuz”.

Fərhad İsgəndərov / “Ayna Sultanova” mağazası

“İnqilab” mağazası da sevindirdiyi müştəri sayına görə heç geri qalmır. “Şeş-Qoşa” kampaniyasında müştərilərə müsbət enerjisi ilə uğur gətirən bu mağaza qalib sayına görə dördüncüdür.  

“Kontakt Homeun daimi müştərisiyəm, məhsullarını çox bəyənirəm. Oğluma noutbuk seçməyə gəlmişdik. Elə zəri də oğlum atdı, əli düşərli çıxdı. Həm oğluma hədiyyə oldu, həm də mənə!” 

Fatimə Əliyeva / “İnqilab” mağazası

Alıb yerindəcə şeş-qoşa atıb qazananların sayına görə “Əhmədli” mağazası beşinci yerdədir. Bu mağazada ən çox pulsuz aparılan məhsullar mebel dəstləri və məişət texnikası olub. 

“Əhmədliyə təzə köçmüşük. Yeni evimiz üçün mebel almağa gəlmişdik. Bütün məhsulları bir qaiməyə yazdırdım, zər atdım və qazandım. Çox sevincliyəm, çox...”

Gülnar Məmmədova / “Əhmədli” mağazası

Masallı sakinləri də bəxtlərinə güvənənlərdən olub. “Şeş-Qoşa” kampaniyası zamanı müştəri qalibiyyətinə görə bu mağaza TOP 6-da sonuncudur. 

“Çox tez-tez nərd oynayıram, zər atmağı sevirəm. Qazanacağımı bilirdim və bəxtim gətirdi. Özümü çox xoşbəxt hiss edirəm”.

Əhməd Zaidov / “Masallı” mağazası

Siz də oktyabrın 4-dək “Kontakt Home”un istənilən mağazasına yaxınlaşın, arzuladığınız məhsulu qiymətindən və sayından asılı olmayaraq alın, elə yerindəcə zər atın. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulu tamamilə PULSUZ aparın. “Kontakt Home”un sevindirdiyi minlərlə müştəridən biri olun! 

Kampaniya həm nağd, həm üç dəfəyə ödə, həm də taksit kartlarıyla alışa şamil olunur. Kampaniyanın şərtləri ilə daha ətraflı aşağıdakı videodan və kontakt.az saytından tanış ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri