22 
Sen
2020
10:35
108
12
3158
Virtual karabakh

Bakıda şirkət məhkəməyə verildi: Sərt cəzalandırıldı - RƏSMİ

22 Sen, 2020
10:35
3158

Bakıda şirkət məhkəməyə verildi: Sərt cəzalandırıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin bir qrup sakininin ərazidə yerləşən “Məmmədoğulları” MMC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab sularının yaşayış zonasında antisanitariya vəziyyəti yaratmasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə göstərilən hallar ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və Binəqədi Rayon Prokurorluğu tərəfindən birgə araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, araşdırmalarla MMC-nin fəaliyyəti ilə əlaqədar yaranmış çirkab sularının ətraf əraziyə axıdılması nəticəsində tullantı sularının kənara təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyən edilib.

Araşdırma nəticəsində toplanmış material müvafiq qərar qəbul edilməsindən ötrü Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə “Məmmədoğulları” MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, iki min manat məbləğində cərimə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri