22 
Sen
2020
10:37
144
56
11130
Virtual karabakh

Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

22 Sen, 2020
10:37
11130

Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son dönəmlər, xüsusi ilə koronavirus pandemiyası zamanı dublyajları ilə gündəmə gələn Ərtoğrul Kamalova yeni vəzifə verilib.

Oxu.Az-ın məlumatına görə, o, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Ərtoğrul Kamalovun Nazirlər Kabineti yanında operativ qərargahla bağlı hazırladığı videolar bir müddət öncə Prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyev tərəfindən müsbət qiymətləndirilmişdi. Prezidentin köməkçiləri onu Prezident Administrasiyasına dəvət etmişdilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri