22 
Sen
2020
11:21
138
12
875
Virtual karabakh

Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

22 Sen, 2020
11:21
875

Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətlərini Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Sabirabad, Şirvan və Hacıqabul rayonlarında davam etdirib.

17 rayon üzrə 236 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 1746 reabilitasiya vasitəsi mərkəzin əməkdaşları tərəfindən həmin rayonlara aparılaraq verilib.

Bir neçə əlilliyi olan şəxsin müraciəti əsasında müayinələri aparılıb, müvafiq ölçülər götürülüb. Yaxın günlərdə onlara da reabilitasiya vasitələri veriləcək.

Əlilliyi olan şəxslər qayğı ilə əhatə olunduqlarından, həmçinin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edildiklərindən, bu sahədə xidmətlərdən razılıqlarını bildiriblər.

Ümumilikdə, bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 866 əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Ehtiyac duyduqları 5329 reabilitasiya vasitəsi yaşadıqları rayon və şəhərlərə, bir qisminə evlərinə aparılaraq təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri