22 
Sen
2020
13:24
135
14
3800
Virtual karabakh

Silahlı şəxslərə qarşı əməliyyat keçirildi - FOTO/VİDEO

22 Sen, 2020
13:24
3800

Silahlı şəxslərə qarşı əməliyyat keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus bir ədəd daraq və üç ədəd patron aşkar olunaraq götürülüb. 

Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-cı kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, bir ədəd sandıqça və beş ədəd patron aşkar olunaraq götürülüb. 

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri