22 
Sen
2020
14:30
46
15
2095
Virtual karabakh

“Galaxy Tab S7” - mobil cihazda kompüter rahatlığı

22 Sen, 2020
14:30
2095

“Galaxy Tab S7” - mobil cihazda kompüter rahatlığı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İş və ev üçün əlverişli bir cihaz axtarışındasızsa, yeni “Galaxy Tab S7” və “Galaxy Tab S7 +” sizin üçün yaradılıb. Müvafiq olaraq 11” və 12.4” ekran ölçüsünə malik olan bu planşetləri rahatlıqla özünüzlə apara və ya divanda uzanaraq istifadə edə bilərsiniz. 

Qeyd etmək lazımdır ki, hər iki cihazın ekranı (S7 + -də Super AMOLED və S7-də LTPS TFT) həqiqətən böyükdür və korpusun ön hissəsinin 80%-dən çoxunu tutur ki, bu da həm sənədlərlə işləməyə, həm də sevdiyiniz filmdən zövq almağa imkan yaradır.

Planşetlərin korpusu anodlaşdırılmış alüminiumdan hazırlanıb, burada xüsusi emal prosesi sayəsində metalın xüsusiyyətləri yaxşılaşdırılaraq çox davamlı bir görünməz qoruyucu qat yaradılır. “Tab S7” məhsul xətti üç rəngdə mövcuddur: qara, gümüşü və bu ilin xüsusi yeniliyi olan – bürünc rəngdə. Cihaz 4 səsgücləndiricisi, iki mikrofon, yanma/sönmə, səs səviyyəsinin tənzimləmə düymələri və yaddaş kartı üçün yuva ilə təchiz edilib.

Beləliklə, planşetdə quraşdırılmış 128 GB daxili yaddaşa əlavə olaraq “microSD”dən istifadə edərək saxlama həcmini 1 TB-a qədər genişləndirə bilərsiniz. Hər iki planşet “Qualcomm Snapdragon 865+” prosessoru üzərində işləyir və 6 GB RAM ilə təchiz edilib. Adətən planşet müddətli istifadə üçün alınır, bu səbəbdən burada təqdim edilmiş içlik, hətta ən “ağır” oyunların tələblərini belə qarşılamaq üçün kifayət edərək, uzun müddət aktuallığını itirməyəcək. 

Qeyd etmək lazımdır ki, ekran yalnız yenilənmiş ölçülərə deyil, həm də təkmilləşdirilmiş içliyə malikdir. Belə ki, 120 Hz işləmə tezliyi, axarı çevirmə və görüntü ötürülməsini təmin edir. Rənglərin ifadə edilməsi isə ətraf mühitin işıqlandırılma dərəcəsindən asılı olmayaraq, həm parlaq günəş şüaları altında, həm də zülmət qaranlıqda dəyişməz olaraq qalır. Həmçinin burada gözlər üçün zərərli olan “mavi” rəngin avtomatik tənzimlənməsi də mövcuddur. Ekranın üzərində isə 8 MP ön kamera yerləşdirilib. Əsas obyektiv burada ikili modul ilə təmsil olunaraq, 5 Mp-lik, F2.2 işıq gücünə malik ultra genişbucaqlı matrisadan və F2.0 diafraqmalı 13MP-lik genişbucaqlı kameradan ibarətdir. Həmçinin sözügedən kamera 4K keyfiyyətli videoçəkilişi də dəstəkləyir.

Kamera modulunun yanında məxsusi S-Pen stilusu üçün ayırılmış maqnit zolaq yerləşdirilib. Sözügedən stilus da yenilənərək, yazmaq, çəkmək, diaqram hazırlamaq, cihazı jestlərlə idarə etmək üçün daha çox funksiyalarla təchiz edilib. Beləliklə, S-Pen-in daxilində kiçik giroskop və “Bluetooth” quraşdırılıb ki, bunların sayəsində jestlərlə müxtəlif əmrlər yerinə yetirmək mümkündür. Buna misal olaraq, kameranı və ya təqdimatı uzaqdan idarə etmək kimi imkanları qeyd etmək olar. Həmçinin indi qələmin əl ilə yazılan mətnə reaksiyası sürətlənərək 9 ms təşkil edir. Bütövlükdə, bir çox yenilənmiş xüsusiyyətləri və təkmilləşdirilmiş tətbiqi olan S-Pen ekosistemi indi daha da yaxşı işləmə prosesi təqdim edir. Buna misal olaraq, planşet bir çox dildə əl ilə yazılmış mətni tanıyıraraq, mətn, səs yazısı, şəkil və s. kimi istənilən formada qeydlər aparmağa imkan yaradır. Yaradılmış qeydlər PDF və ya “MS Word” daxil olmaqla istənilən formatda istifadə edilə bilir. Həmçinin qeydləri “messenger”lə də paylaşa və ya elektron poçt vasitəsi ilə göndərə bilərsiniz. Əlavə olaraq, indi S-Pen ilə “Copy/Past” rejimindən istifadə edərək, ekranda əks olunan məlumatın istənilən hissəsini seçib qrafik fayl və ya GIF-animasiya formatında yaddaşda saxlaya bilərsiniz. Ən əsası isə, indi planşet seçilmiş elementdə təqdim edilmiş mətni təhlil edib, istənilən dilə tərcümə etməyinizə kömək edə bilir. Həmçinin yenilənmiş “Samsung Notes” tətbiqindən əlavə, burada rəngləmələr kimi bir çox yeni və maraqlı proqram təqdim edilib. Belə ki, indi sevdiyiniz işlə məşğul olub dincəlməklə yanaşı, həm də başqalarının əl işləri ilə tanış ola bilərsiniz. 

Planşet istifadəsini daha komfortlu etmək üçün istehsalçı məhsulla birgə xüsusi çexol-klaviatura təklif edir. Beləliklə, maqnit sayəsində planşetə möhkəm bərkidilən aksessuarın indi düymələri arasında daha çox yeri və daha geniş “touchpad”ı var. Həmçinin, 165° əyilmə bucağı və qatlanan konstruksiyası sayəsində planşet və klaviatura masa üzərində rahat dayanaraq, cihazın istifadəsini asanlaşdırır. Əlavə olaraq, burada “Samsung DeX” istifadə edərək kompüter periferiyasını asanlıqla planşetə qoşmaq mümkündür. “Tab S7” seriyasının yeni xüsusiyyətləri sayəsində artıq bu qoşulmanı “Docking station” olmadan belə etmək imkanınız var. Belə ki, planşet Wi-Fi bağlantısını istifadə edərək istənilən cihaza qoşula bilir. “Galaxy Tab S7 +” gəldikdə isə cihazın klaviaturasında bu məqsəd üçün xüsusi düymə də nəzərdə tutulub. 

“Samsung-dan əla xəbər, 18 sentyabr - 25 oktyabr tarixləri arasında “Galaxy Tab S7” və ya “S7 +” əldə edərkən, hədiyyə olaraq xüsusi çexol-klaviatura qazanırsınız. Mükəmməl planşet və çoxfunksiyalı klaviaturaya sahibi olmaq şansını qaçırmayın!

“Galaxy Tab S7” və “Galaxy Tab S7+” planşetləri haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irşad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri