22 
Sen
2020
17:31
47
321
9954
Virtual karabakh

Bakıda mağazadakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

22 Sen, 2020
17:31
9954

Bakıda mağazadakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 150 m² olan geyim mağazasının texniki otağında elektrik lövhəsi və əşyalar yanıb, yüksək temperaturdan bir ədəd kondisioner əriyib. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:38

Bakıda geyim mağazasında qeydə alınan yanğın məhdudlaşdırılıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə çağırış daxil olub:

“Nəsimi rayonu Nizami küçəsində yerləşən geyim mağazalarından birində yanğın baş verib.

Daxil olan çağırış əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Qısa zamanda yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.

15:32

Bakının mərkəzində yanğın başlayıb.

Bu barədə Oxu.Az-ın redaksiyasına videogörüntü göndərilib. Yanğın paytaxtın Nizami küçəsi, “Tarqovaya” adlanan ərazidə yerləşən mağazalardan birində qeydə alınıb. 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. 

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri