22 
Sen
2020
23:50
25
542
10935
Virtual karabakh

Bakıda altı avtomobil toqquşub, ölən var - YENİLƏNİB

Bakıda Hava Limanı istiqamətində yolun Suraxanı rayonuna düşən hissəsində, Bülbülə qəsəbəsinə dönən hissədə “Mercedes” markalı avtomobil “Shacman” markalı yük avtomobilinə çırpılıb.

APA xəbər verir ki, hadisə nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb.

Baş vermiş qəza ilə əlaqədar daha dörd avtomobil zəncirvari qəzaya səbəb olub.

Belə ki, VAZ 21015-in sürücüsü qarşıda toqquşan avtomobilləri görərkən qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn “Volkswagen”, “Toyota”, “Mercedes” markalı avtomobillər ard-arda toqquşub. Hazırda ərazidə sıxlıq var.

21:41

Bakıda Heydər Əliyev prospektində - Əmircan-Bülbülə döngəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. 

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, görəhazırda qeyd edilən ərazidə hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər piyada vurulub. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri