22 
Sen
2020
22:32
438
31
2946
Virtual karabakh

Azərbaycanda ilk dəfə məmur özbaşınalığı mövzusunda serial çəkilir

Azərbaycan teleməkanında ilk dəfə ictimai və dövlət strukturlarda kök salmış müəyyən neqativ tendensiyalardan bəhs olunan serial yayımlanacaq.

Kulis.az xəbər verir ki, “Oscar Film production”un təqdimatında üzərinə tabu qoyulan bir çox mövzular, bu vaxta qədər efirlərdə səslənməyən hadisələr, ictimai və dövlət strukturlarında kök salmış müəyyən neqativ tendensiyalar sosial satira üslubunda tamaşaçIlara təqdim olunacaq.

Tam fərqli, indiyə kimi izləmədiyiniz mövzu və quruluşda çəkilən “İdarə” serialı bu mövsümdə hər kəsi təəccübləndirəcək. Ekran önündə izləyiciləri daim gərgin və həyəcanlı saxlamaqla yanaşı, həm də ciddi gülüşlə düşündürəcək.

Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi İlqar Fəhmi və Jalə Novruz olan serial ARB kanalında 25 sentyabrdan cümə günləri saat 21.00-da efirdə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri