23 
Sen
2020
09:36
6
140
1195
Virtual karabakh

Salyanda fəhlə hündürlükdən yıxıldı, ağır xəsarət aldı

Salyan rayonunda bədbəxt hadisə baş verib.

Report xəbər verir ki, hadisə rayonun “Plastmas” yaşayış massivindəki Əlövsət Quliyev küçəsində qeydə alınıb.

Belə ki, ev tikintisi zamanı fəhlə işləyən, 1989-cu il təvəllüdlü Salmanov Samir Füzuli oğlu ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılıb.

Nəticədə, müxtəlif dərəcəli bədən xəsarəti alan S.Salmanov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı dərhal cərrahiyyə şöbəsinə aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri