23 
Sen
2020
10:40
73
7
1018
Virtual karabakh

Bakıda kafedə qətl törədən şəxsin işi məhkəməyə göndərildi

23 Sen, 2020
10:40
1018

Bakıda kafedə qətl törədən şəxsin işi məhkəməyə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Trend-in məlumatına görə, hadisə martın 12-i saat 03:30 radələrində paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Qalaltı” kafesində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimov kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb, bıçaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

N.Ələkbərov barədə başlanmış cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri