23 
Sen
2020
11:09
24
107
1030
Virtual karabakh

Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı

Xüsusi mühafizə olunan təbiət ərazilərində ekoloji qanun pozuntularına qarşı mübarizə tədbirləri çərçivəsində Abşeron Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin Abşeron xətt polis məntəqəsinin əməkdaşlarının birgə keçirdiyi nəzarət tədbirləri zamanı milli parkın Xəzər dənizi akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. 

Bunu Oxu.Az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib.

“Araşdırma zamanı brakonyerin Türkan qəsəbə sakini Şair Əmrahov olduğu və təbiətə 1023 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. 

Qanun pozucusu barəsində akt tərtib olunub, ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb”. 

F.Əliyev bildirib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri