23 
Sen
2020
11:38
5
103
1230
Virtual karabakh

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı bilindi - RƏSMİ

23 Sen, 2020
11:38
1230

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların sayı bilindi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycanda müəssisələrdə valideyn himayəsindən məhrum olan 1500 uşaq var.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, 0-3 yaşa qədər uşaqlarla bağlı qeydiyyat səhiyyə müəssisələri tərəfindən aparılır:

“Üç yaşdan yuxarı uşaqlarla bağlı qeydiyyat isə Təhsil Nazirliyinin və İcra Hakimiyyətinin nəzdində olan uşaq evlərində aparılır. Eyni zamanda, dövlət statusu olmayan sığınacaqlarda da uşaqlar var. Hər valideynindən məhrum olmuş uşaq övladlığa götürülmə üçün münasib sayılmır. Təhlillər aparılır, valideyn razı olarsa, övladlığa verilir”.

“Şəxs valideyn hüququndan məhrum edildikdən sonra bir müddət onların rəftarları qiymətləndirilir. Davranışları etinasız olarsa, onların övladları qanunla övladlığa verilə bilər”, - deyə nazirlik rəsmisi qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri