23 
Sen
2020
17:04
169
19
3571
Virtual karabakh

Sabiq sektor müdiri Milli Məclisi məhkəməyə verdi

23 Sen, 2020
17:04
3571

Sabiq sektor müdiri Milli Məclisi məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin sabiq sektor müdiri məhkəməyə müraciət edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri işləmiş Rahim Sərhad oğlu Axundov inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı Ali Məhkəməyə müraciət edib.

R.Axundov kassasiya şikayətində sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi işəburaxma üçün əmək haqqının ödənilməsi tələbini qoyub. Məhkəmə prosesi hakim İspəndiyar Şəfiyevin sədrliyi ilə keçiriləcək.

Onu da bildirək ki, Rahim Axundov 1-ci və 2-ci instansiya məhkəmələrini uduzub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri