23 
Sen
2020
19:22
16
255
4254
Virtual karabakh

Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

23 Sen, 2020
19:22
4254

Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətdədir”.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, məlum hadisə zamanı saxlanılan, barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustaqlığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində lazımi bütün addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır.

Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmlənmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qrumları vətəndaşlarımızın hüquqlarının qorunması, onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri