24 
Sen
2020
09:12
20
175
2057
Virtual karabakh

Bakıda piyada səkisinə qoyulan qaz tənzimləyicisi problem yaradır

24 Sen, 2020
09:12
2057

Bakıda piyada səkisinə qoyulan qaz tənzimləyicisi problem yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində piyada səkisi zəbt edilib.

Bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Belə ki, söhbət paytaxtın Yasamal rayonundan gedir. Rayonun Giləzi küçəsindəki (Məhəmməd Naxçıvani küçəsi ilə kəsişmədə) piyada səkisində pandusun üzərinə qaz tənzimləyicisi qoyulub.

Sakinlər piyada keçidindən rahat istifadə edə bilmədikləri üçün, həm də bu mənzərənin şəhərin gözəlliyini pozduğuna görə şikayət edirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən (İB) Oxu.Az-a verilən açıqlamada, məsələnin nəzarətə götürüldüyü deyilib:

“Bildiririk ki, piyada səkisinin üzərində olan qaz tənzimləyicisi yaxınlıqdakı MTK-ya məxsusdur. Hazırda ərazi üzrə icra hakimiyyəti tərəfindən tənzimləyicinin yerinin dəyişdirilməsi üçün yer ayrılması məsələsi müzakirə olunur. Müvafiq yer seçildikdən sonra tənzimləyicinin yeri dəyişdiriləcək.

Onu da qeyd edək ki, bu səhvin aradan qaldırılması üçün Mənzil Tikinti Kooperativi ilə birlikdə zəruri tədbirlərin görülməsinə çalışılacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri