24 
Sen
2020
11:59
69
10
1533
Virtual karabakh

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24 Sen, 2020
11:59
1533

Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr, saat 17:00-dək davam edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək, övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib.

2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri