24 
Sen
2020
12:27
56
16
2128
Virtual karabakh

Azərbaycanda universitetin mətbuat katibi işdən ayrıldı

24 Sen, 2020
12:27
2128

Azərbaycanda universitetin mətbuat katibi işdən ayrıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuatı katibi Elçin Cəfərov işdən ayrılıb. Bu barədə o şəxsi “Facebook” hesabından paylaşım edib. E.Cəfərov bildirib ki, vəzifəsindən vaxt məhdudiyyətinə görə öz istəyi ilə ayrılıb:

“Artıq bu gündən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmıram. İşdən uzaqlaşmağımın yeganə səbəbi vaxt məhdudiyyəti və öz peşəmə, elmi və pedaqoji fəaliyyətimə daha çox diqqət ayırmaq istəyimlə bağlıdır. Bu iki ildə rəhbərlikdən də, kollektivdən də özümə qarşı ancaq xoş münasibət gördüm. Bacardığım qədər həm universitetimiz, həm də media nümayəndələri üçün faydalı olmağa çalışdım. ADMİU-dakı fəaliyyətimi Teatrşünaslıq kafedrasında müəllim kimi davam etdirəcəyəm. Mətbuat katibi vəzifəsində isə Şəhanə Müşfiq çalışacaq. Artıq universitetlə bağlı suallarınızı Şahanə xanıma ünvanlaya bilərsiniz. Təbriklər və uğurlar, Şəhanə Müşfiq“.

Qeyd edək ki, universitetin rektoru Ceyran Mahmudovanın imzaladığı əmrə əsasən universitetin mətbuat katibi vəzifəsinə yazıçı Şəhanə Müşfiq təyin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri