24 
Sen
2020
16:49
24
275
17722
Virtual karabakh

Azərbaycanda bir rayonda 11 nəfər koronavirusdan ölüb - RƏSMİ

24 Sen, 2020
16:49
17722

Azərbaycanda bir rayonda 11 nəfər koronavirusdan ölüb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonunda bu günədək koronavirus infeksiyasına yoluxan, sağalan və ölənlərin sayı açıqlanıb.

Bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, rayonda indiyədək virusdan 11 nəfər vəfat edib.

Belə ki, indiyədək koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar (COVID-19) 5 974 test aparılıb. Eyni zamanda 324 yoluxma, 265 sağalma və 11 ölüm faktı qeydə alınıb.

Qeyd edilib ki, hazırda aktiv xəstə sayı 48 nəfərdir. Onların müalicəsi xəstəxana və ev şəraitində davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri