24 
Sen
2020
17:18
14
63
2831
Virtual karabakh

Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK

24 Sen, 2020
17:18
2831

Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyənləşdirilə bilər.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hələlik həmin şəxslərin sayı barədə məlumat yoxdur:

“Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq”. 

M.Abbaszadə əlavə edib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək:

“Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri