24 
Sen
2020
17:27
16
76
4229
Virtual karabakh

Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA

24 Sen, 2020
17:27
4229

Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il buraxılış imtahanı zamanı Azərbaycan dili - Dövlət dili imtahanında dinləyib-anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

Onun sözlərinə görə, gələn il üçün buraxılış imtahanında xarici dildən danışma qabiliyyətinin yoxlanılması nəzərdə tutulub:

“Hələlik biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır”.

O qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var:

“Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8i-c siniflərdə də monitorinq imtahanları keçirə bilmədik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri