25 
Sen
2020
00:35
42
231
8466
Virtual karabakh

Paytaxtda iaşə obyektində baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

25 Sen, 2020
00:35
8466

Paytaxtda iaşə obyektində baş verən yanğın söndürülüb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan restoranın bacasında yağ qalıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib.

Qeyd olunub ki, restoranın qalan hissəsi və tutumu 50 l olan 1 ədəd məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23:36

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən pabda qeydə alınıb.

Belə ki, obyekt sahibi Aqşin Kərimlinin verdiyi məlumata görə, yanğına səbəb mətbəxdə yerləşən məişət avadanlığında baş verən qısaqapanma olub.

Nəticədə içəridə yanğın başlayıb. Müştərilər dərhal təxliyyə edilib. 

Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon hissəsinin əməkdaşları cəlb edilib. 

22:49

Paytaxtın Təbrik küçəsində yanğın baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. 

O qeyd edib ki, bir az əvvəl Təbriz küçəsində iaşə obyektində yanğın baş verib:

“Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb. Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb”.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri