25 
Sen
2020
10:30
20
44
2334
Virtual karabakh

“Macəra Yaxındadır” kampaniyasına maraq artmaqdadır - FOTO

25 Sen, 2020
10:30
2334

“Macəra Yaxındadır” kampaniyasına maraq artmaqdadır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə ölkədaxili turizmi inkişaf etdirmək, regionların turizm potensialını tanıtmaq məqsədilə “Macəra Yaxındadır” adlı təbliğat kampaniyasına vətəndaşlar tərəfindən böyük maraq göstərilir.

Kampaniya dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, inkişafını və fəallaşmasını təmin etməklə, eləcə də, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə turizm sənayesinə dəstək verməyə yönəlib. 

Kampaniya çərçivəsində turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər vahid platformada - www.macerayaxindadir.az saytında yerləşdirilir.

“Bir çox maraqlı turizm təklifini bir yerdə toplayan “Macəra Yaxındadır” kampaniyasının məqsədi Azərbaycanda yaşayan insanların öz ölkələrinin bənzərsiz səyahət imkanlarından yararlanması, turizm sənayesinin isə bundan bəhrələnməsi üçün dəstək verməkdən ibarətdir”, – deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Qeyd edək ki, kampaniyanın veb-səhifəsində qeyd olunan anket formasını doldurmuş və Azərbaycan Turizm Bürosu ilə müəyyən müddəalar və şərtlər əsasında müqavilə bağlamış yerli şirkətlər və hotellər kampaniyanın tərəfdaşı kimi öz təkliflərini veb səhifədə yerləşdirə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri