25 
Sen
2020
12:48
13
50
2057
Virtual karabakh

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə neçə dəfə keçiriləcək?

25 Sen, 2020
12:48
2057

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə neçə dəfə keçiriləcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya şəraitində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların həftədə neçə dəfə məktəbə gedəcəyi müəyyənləşib.

Bu barədə Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, məktəbəhazırlıq qrupları pandemiya öncəsi dövrdə məktəbə həftədə dörd dəfə gəlirdilər (ümumi 12 məşğələ):

“Hazırkı şəraitdə bu, regiondan asılı olaraq, iki və ya üç dəfə olacaq”.

Xatırladaq ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların ümumi sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Qruplarda dərs ili iki yarımilə bölünür:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri