25 
Sen
2020
13:20
12
138
1482
Virtual karabakh

İrandan gizli şəkildə üç minə yaxın dərman keçirmək istədilər - FOTO/VİDEO

25 Sen, 2020
13:20
1482

İrandan gizli şəkildə üç minə yaxın dərman keçirmək istədilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42-BL-556/42-ZA-456 nömrə nişanlı yük avtomobilinə rentgen qurğusu ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər müşahidə edilib. Bu səbəbdən malların hər birinin fiziki yoxlanılması qərara alınıb.

Təkrar baxış zamanı avtomobildə 2942 ədəd müxtəlif adda tibbi təyinatlı gel, 18 qutu həb şəkilli və 10 ədəd flakonda maye halında olmaqla müxtəlif adda dərman vasitələri aşkar edilib.

Qeyd olunan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri