25 
Sen
2020
14:04
111
18
2263
Virtual karabakh

Bakıda oğlanın totalizator kuponunu zorla əlindən alanlar tutuldu

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə sentyabrın 23-də rayon ərazisindəki parkların birində 2 nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri