25 
Sen
2020
15:00
47
222
2418
Virtual karabakh

Məhsulunuz 14 günə təmir olunmazsa, “Kontakt Home” yenisini verəcək - VİDEO

25 Sen, 2020
15:00
2418

Məhsulunuz 14 günə təmir olunmazsa, “Kontakt Home” yenisini verəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndi “Kontakt Home” 14 gün ərzində hər hansı səbəbdən təmir edilməyən bütün məhsulları 15-ci gün yenisi ilə əvəz edəcək. 

Bu barədə Oxu.Az-a “Kontakt Home” mağazalar şəbəkəsindən məlumat verilib.

“Əvvəlki şərtlərə görə 14 günlük standart təmir müddəti fors-major hallarda, yaxud məhsulun ehtiyat hissəsi ölkəmizdə olmadığı təqdirdə uzana bilərdi. Misal üçün, hazırda xüsusi karantin rejimi ilə əlaqədar ölkəyə ehtiyat hissələrinin gətirilməsində çətinliklər yaşanır.

Bu səbəbdən parntyoru və distribüteri olduğumuz xarici brendlərin ölkəmizdəki rəsmi servis mərkəzləri də təmir müddətini bəzən qeyd olunan vaxtda başa çatdıra bilmir. Bu da haqlı olaraq müştərilərimizin narazılığına səbəb olurdu. Biz partnyorlarımızın üzləşdiyi çətinliyi anlayırıq, amma müştərilərimizin razılığı bizim üçün hər şeydən daha önəmlidir.

Bu səbəbdən qərara gəldik ki, əgər bizdən alınan məhsulların texniki servisdə təmiri 14 günü ötərsə, biz həmin məhsulları öz hesabımıza da olsa, kompensasiya edəcəyik. Bu qayda həm rəsmi, həm də qızıl zəmanətli bütün məhsullara şamil edililir”, – deyə “Kontakt Home”un PR meneceri Vəfa Rüstəmova bildirib.

“Kontakt – Sevindirir” sloqanı ilə əsas fokusunun müştərilərə xoş emosiyalar bəxş eləmək olduğunu vurğulayan Kontakt Home onları həm sərfəli alış şərtləri və müxtəlif kampaniyaları, həm geniş brend və məhsul çeşidi, həm də hər gün təkmilləşən xidmət şərtləri ilə sevindirməyə davam edir.

Hazırda “Kontakt Home” “Apple”, “Samsung”, LG, “Philips”, “Sony”, “Braun” və bu kimi 30-dan çox dünya brendinin Azərbaycandakı rəsmi təmsilçisi və distribüteridir. Şəbəkənin Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 27 mağazası və www.kontakt.az onlayn mağazası fəaliyyət göstərir.

“Kontakt Home” xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnunluğunun təkmilləşdirilməsi üçün durmadan çalışır. “Kontakt Home”a arxayın ola bilərsiniz. Çünki Kontakt – Sevindirir!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri