25 
Sen
2020
17:23
155
16
2624
Virtual karabakh

Bakıda soyğunçuluq edən şəxs tutuldu - FOTO

25 Sen, 2020
17:23
2624

Bakıda soyğunçuluq edən şəxs tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sentyabrın 18-də naməlum şəxs paytaxt sakini C.Süleymanova qarşı soyğunçuluq edərək onun qızıl boyunbağısını əlindən alıb.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Vəliyev saxlanılıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 37-ci Polis Şöbəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri