26 
Sen
2020
11:52
62
115
2293
Virtual karabakh

Deputat: “Şəhərimizin inkişafında yeni standartlara keçməyimiz önəmlidir” - FOTO

26 Sen, 2020
11:52
2293

Deputat: “Şəhərimizin inkişafında yeni standartlara keçməyimiz önəmlidir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millət vəkili Nigar Arpadarai Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və əməkdaşları ilə birgə Badamdar qəsəbəsi, 1-ci massivdə olub. 

Bununla bağlı N.Arpadarai “Facebook” hesabında məlumat paylaşıb.

“Məqsədimiz həm görülmüş infrastruktur işləri ilə tanış olmaq, həm də vətəndaşların müraciəti əsasında tikintiyə ehtiyacı olan ərazilərə baxmaq idi. Çox iş görülüb. Köhnə yarmarkanın yerində yeni, rahat bazar və avtodayanacaq tikilib. Həyətlərdə təmir, yaşıllaşdırma işləri aparılıb, uşaq meydançaları qoyulub. C.Hasilov, R.İsgəndərov, S.Məmmədov ünvanlarında uşaqlar üçün quraşdırılmış idman və əyləncə meydançaları 460 ailəyə xidmət edir.

Şəhərimiz böyüyür, dəyişir, müasirləşir. Şəhərin sakinlərinin yanaşması da dəyişir. Sakinlər yenilənmiş həyət, səliqə-sahman görəndə onun eynilə rahat və səliqəli qalması üçün narahat olurlar. Həyətlərdən birində bir neçə nəfər ağsaqqalın həyətdə salınmış ağacların vaxtında sulanması ilə bağlı müraciət etdiyinin şahidi oldum.

Şəhərimizin inkişafında yeni standartlara keçməyimiz və bu standartları qorumağımız önəmlidir. Böyük və ya kiçik, zəngin və ya kasıb, mərkəz və ya ucqar olmasından asılı olmayaraq, böyük məhəllələrdə ticarət üçün, ailələr üçün, uşaqlar üçün şərait yaradılmalıdır.

Vətəndaşlarla söhbətləşdik, xoş oldu” - millət vəkili bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri