26 
Sen
2020
12:30
20
199
5324
Virtual karabakh

DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev həbsdən buraxıldılar

26 Sen, 2020
12:30
5324

DTX tərəfindən tutulan Nurupaşa Abdullayev və İlqar Əliyev həbsdən buraxıldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

“Report” xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

Qərara əsasən, vəsatət təmin edilib və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Həmçinin Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev ev dustaqlığına buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri