26 
Sen
2020
13:46
186
21
4729
Virtual karabakh

Bakıda qanunsuz özəl mühafizə fəaliyyəti təşkil edən MMC aşkarlandı

26 Sen, 2020
13:46
4729

Bakıda qanunsuz özəl mühafizə fəaliyyəti təşkil edən MMC aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alınması istiqamətində  keçirilən tədbir zamanı Binəqədi rayonu ərazisində yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib. 

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və üç işçisi barəsində inzibati protokollar tərtib olunub. 

Qeyd edək ki, həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri