27 
Sen
2020
06:13
23
180
2859
Virtual karabakh

Nərimanov rayonunda iki avtomobil toqquşdü, üç nəfər xəstəxanalıq oldu

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Əmirov Vuqar Səlim oğlu, 1987-ci il təvəllüdlü Hüseynov Sabir Elvin oğlu və 1990-cı il təvəllüdlü İbrahimova Aypara Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı V.Əmirova və S.Hüseynova qapalı kəllə-beyin travması, A.İbrahimovaya isə bədənin əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri