28 
Sen
2020
15:48
498
78
3192
Virtual karabakh

Səbail rayonunda velosiped oğrusu saxlanılıb

28 Sen, 2020
15:48
3192

Səbail rayonunda velosiped oğrusu saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Səbail rayonunda müxtəlif ticarət mərkəzlərinin və parkların qarşısında velosiped oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Suraxanı rayon sakini Hüseyn Şahbazlı tutulub.

O, ifadəsində Səbail rayonunun inzibati ərazisindən 10-a yaxın velosiped oğurladığını bildirib.

Araşdırma zamanı Hüseyn Şahbazlının oğurladığı velosipedlərin bir neçəsini dəyər-dəyməzinə satdığı məlum olub. Velosipedlərdən bəziləri isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan zaman Polis Bölməsində Hüseyn Şahbazlının üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin də aşkar olunaraq götürülüb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri