30 
Sen
2020
14:30
1048
20
1990
Virtual karabakh

“Panda” boyaları Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb

30 Sen, 2020
14:30
1990

“Panda” boyaları Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin ən böyük rəng kataloquna malik, sevilən şirkəti “Panda” boyaları Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən əsgərlərimizə və hərbi qulluqçularımıza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb.

Panda” boyaları bu şərəfli dövrdə Silahlı Qüvvələr Fonduna etdiyi maliyyə yardımı ilə ordumuzun daim yanında olduğunu bildirir.

Silahlı Qüvvələrə Yardım Fondu Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Qeyd edək ki, “Panda” boyaları Binəqədi rayonunda yerləşən inşaat malları istehsalçısı və tədarükçüsü “Muradlı-M Group”a daxildir. “Muradlı-M MMC” ilk olaraq Azərbaycan Respublikasının suverenliyini qazandığı ildən etibarən Muradlı İnşaat mağazaları vasitəsilə müştərilərinə inşaat mallarının topdan satış mərkəzi kimi fəaliyyətə başlayıb.

Hazırda “Panda” boyaları markası adı altında istehsalat aparır , Azərbaycanın ilk mebel boyası LİNX boyanı , Panapol divar künclüyü və tavan göbəkliklərini müştəri ilə qovuşdurur. Həmçinin, Türkiyənin GENÇ boya və verniklərinin, o cümlədən, bir çox uzaq şərq və Avropa şirkətlərinin bölgə distributoru kimi fəaliyyət göstərir. “Muradlı-M Group”un istehsal etdiyi məhsullar İSO 9001; 2008 keyfiyyət sertifikatına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri