30 
Sen
2020
14:17
349
68
8697
Virtual karabakh

Oktyabrın ilk gününə gözlənilən hava şəraiti

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə  qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz  olacaq.  

Oktyabrın 1-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz  9-13 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 1-də Abşeron yarımadasında mülayim temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri