30 
Sen
2020
16:55
454
94
20795
Virtual karabakh

Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ

30 Sen, 2020
16:55
20795

Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gündəlik koronavirusa yoluxma statistikasının az olması səbəbindən oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri, Abşeron yarımadasında I-IV siniflərin dərsə gəlməsi həftədə iki gündən üç günə keçiriləcək”.

 Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

O qeyd edib ki, dərslərin əyani saatlarının sayında artım olacaq.

“Bölgələrdə bir məktəbdə şagird sayı 200-dən çoxdursa, onlarda dərslər həftədə üç dəfə, şagird sayı 200-dən azdırsa, ənənəvi formada, yəni həftədə beş dəfə keçiriləcək”, - deyə nazir əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri