30 
Sen
2020
17:43
641
60
2796
Virtual karabakh

FHN ictimai-iaşə obyektlərində yanğına qarşı maarifləndirmə tədbirləri həyata keçirib - FOTO

30 Sen, 2020
17:43
2796

FHN ictimai-iaşə obyektlərində yanğına qarşı maarifləndirmə tədbirləri həyata keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində əməkdaşlarımız tərəfindən yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu barədə Oxu.Az-a açıqlamasında FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev məlumat verib.

Onun sözlərinə görə, keçirilən tədbirlər zamanı bəzi obyektlərdə propan qaz balonlarından istifadə olunduğu, balonların quraşdırılması və təhlükəsiz istifadə qaydalarının pozulması halları müşahidə edilib:

“Əməkdaşlarımız həmin obyektlərdə qaz balonlarından istifadənin təhlükəli olması barədə söhbətlər aparıb, bədbəxt hadisələrin baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət olunmanın vacibliyi bir daha cavabdeh şəxslərin diqqətinə çatdırılıb. Xidmətin əməkdaşları tərəfindən aparılmış izahat işlərinin nəticəsi olaraq 166 propan qaz balonu könüllü olaraq sahibkarlar tərəfindən obyektlərdən uzaqlaşdırılıb.

Qeyd edim ki, Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən, mağaza, anbar və ictimai iaşə müəssisələrinin binalarının zirzəmi otaqlarında, habelə insanların sıx toplaşdığı sahələrdə qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan istifadə edilməsi qadağan edilir. Bu sahədə Dövlət Yanğın Nəzarəti Xidməti qanunamüvafiq tədbirlərini davam etdirir”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri